Metropolitenə məxsus mikroavtobus qəzaya uğradı - FOTO-VİDEO

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus "Hyundai" markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb. Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi "10-CK-766" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bakı Metropoliteni əməkdaşının "Report"a verdiyi məlumata görə, "VAZ"ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
















