Millət vəkili motosikletlə F-16 qırıcısı ilə yarışacaq - FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının Sakaryadan seçilən millət vəkili Kənan Sofuğlu 3-cü hava limanının açılışı mərasimi üçün maraqlı layihəyə imza atacaq. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, deputat motosikletlə F-16 qırıcısına qarşı mübarizə aparacaq və yarışacaq. Dünya “Supersport” çempionu olan Kənan deyib: “Dünyanın ən böyük hava limanına yaraşan bir tanıtım həyata keçirəcəyik. F-16 qırıcısı ilə yarışmaq mənim arzumdur”. Plana əsasən, F-16 qırıcısı, sərnişin təyyarəsi, “Formula-1” bolidi, motosiklet və lüks idman avtomobili eyni anda bir-biri ilə yarışacaq. Kənan bildirib ki, bu günə qədər belə bir yarış dünyada keçirilməyib: “Dünyanın ən sürətli texnikaları arasında belə bir yarış keçirilməyib. Bunu ilk dəfə etmək istəyirik. Tədbirdən əvvəl sınaqlar olacaq”.


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












