Naviqator proqramında Tovuzun küçələrinə erməni adları yazılıb - FOTOFAKT

Azərbaycanda pulsuz versiyası olduğu üçün bir çoxları tərəfindən istifadə edilən naviqasiya proqramı “Maps.Me”də ciddi qüsurlar aşkarlarıb. Belə ki, proqramda “redaktə” funksyası olduğu üçün bir çox hallarda xoşagəlməz hallarla qarşılaşmaq mümkündür. Məsələn, elə təqdim etdiyimiz fotodan da gördüyünüz ki, Tovuz rayonun mərkəzi küçələrindən birinə erməni qatil Monte Merkoryanın adı yazılıb. Yaxud fərdi şəxs hansısa obyekti öz evi kimi göstərib və. S
Bəs görəsən bu cür proqramları istifadə etmək olarmı? Bizi hansı çətinliklər qarrşısında qoya bilər?
“CaspianNavtel” şirkətinin rəhbəri Rizvan Cəfərov Avtosfer.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardır. “Bir neçə gün öncə şirkətimizin əməkdaşları müxtəlif xəritələrdə yeniləmələrin hansı formada olduğunu yoxlayırdılar. Bu barədə məlumat verdilər. Ümumiyyətlə bu cür ucuz, bəzən də pulsuz olaraq insanların istifadəsinə verilən proqramlardan istifadə etmək olmaz. Bu həm sizə doğru olmayan xətirəni verəcək, həm də burada təhlükəsizlik məsələsi ortaya çıxır.”
R. Cəfərov bildirib ki, konkret olaraq “Maps.Me” “redaktə” funksyasını əlavə etməklə əslində bir çox hallarda ciddi fəsadlara yol açır. “Təsəvvür edin ki, bir erməni daxil olub Azərbayvandakı küçələrin, yerlərin adını dəyişir. Yaxud da kimsə ölkə üçün strateji əhəmiyyətli obyektin dəqiq ünvanını ora əlavə edir və s. Odur ki, tövsiyə edərdim ki, bu cür proqramlardan istifadə etməsinlər.”
Qeyd edək ki, Rusiya tərəfindən yaradılan bu proqram daha çox MDB və yaxın şərq ölkələri (Rusiyaya yaxın) üçün xəritələri hazırlayıb.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO














