Niyə görə 7 silindrli mühərrik yoxdur? - FOTO

Avtomobil texnikası təşəkkül tapandan 1, 2, 3, 4, 5, 6, 8, 12 və 16 silindrli daxiliyanma mühərrikləri istehsal edilib. Amma nədənsə, 7 silindrli mühərrik yoxdur. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, izah sırf texnikidir. Burada hansısa mistikadan söhbət getmir. V8 mühərrikində dirsəkli valın sürgü qolu boyunları ana boyuna nisbətdə 45 dərəcə bucaq altında yerləşir. Bu göstərici V6-da 60 dərəcədir. 7 silindr olduqda isə 51,43 dərəcə lazım gəlir.
Belə bir qeyri-simmetriklik parazit vibrasiya yaradır və bunu aradan qaldırmaq çətin olur.
Ümumilikdə isə cütsilindrli mühərriklərdə təbii tarazlıq yaranır. Tək sayda silindrdə isə bunu etmək çətin, bəzən də qeyri-mümkündür. Vaxtilə aviasiyada tətbiq edilmiş rotativ mühərriklər istisnadır.
Lakin yeddisilindrli mühərrik hazırlayanlar da tapılır. Finlandiyanın AGCO Power şirkətinin hazırladığı yeddisilindrli, 10 litrlik Dizel mühərriki 420 at gücü hasil edir. Mühərrikin ağır nazimçarxı vibrasiyanı söndürməyə kifayət edir. Bu mühərrik kombaynlarda tətbiq edilir və dövrlər sayı dəqiqədə 2 mini keçmir.
Lakin minik avtomobillərində bunu tətbiq etmək mümkün deyil. Digər tərəfdən, hibrid texnologiyalara keçid və mühərriklərin litraj gücünün artırılması uğrunda yarışda artıq silindr sayı da azaldılır. Bu səbəbdən yeddisilindrli mühərrik layihələndirmək mümkün olsa belə, iqtisadi baxımdan səmərəsiz olacaq.
Vüqar
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO













