Parisdə skuter qadağası – TARİX VƏ SƏBƏBLƏR - FOTO

Parislilər 2018-ci ildə skuterlə tanış olduqda çox sevincli idilər: şəhər sakinləri yeni fərdi mobillik vasitəsinin ortaya çıxmasından razı idilər. Lakin bu sevinc uzun sürmədi.
Avtosfer.az xəbər verir ki, skuter icarəsi ilə Parisdə bir neçə şirkət məşğul olurdu. Onların balansında 15 minədən skuter vardı və icarədən kifayət qədər ciddi gəlir götürürdülər.
Cəmi 2 il ərzində əhali bu mobillik vasitəsindən bezdi və narazılıqlar artdı. Səbəb də məlum idi: qəzalar çoxalır, xəsarət alanların sayı artırdı. Parisdə əcnəbilərin sayının yerli sakinləri üstələdiyini də nəzərə alsaq, ortaya başqa mənzərə də çıxırdı: skuterdən xəsarət alan sığortalı turistlərin xəstəxana xərclərini qarşılamaq ölkənin sığorta sisteminə də əlavə yük yaradırdı.

Buna görə də Paris bələdiyyəsi 2023-cü ilin iyununda skuter icarəsinin qadağan edilməsi məsələsini referenduma çıxardı. Nəzərə alaq ki, Fransada nəyisə qadağan etmək çox çətindir. Bunun üçün uzun-uzadı prosedurlar tələb olunur. Referendum da bu səbəbdən doğmuşdu.
Ümumxalq səsverməsinin nəticələri gözlənilməz olmadı. Seçicilərin 89 faizi skuter icarəsinin qadağan edilməsinə səs verdi. Bu nəticəyə əsaslanan bələdiyyə 1 sentyabr 2023-cü ildən skuter icarəsinin qadağan etdi.
Bu il aprelin 1-də isə skuterlərin yenidən Fransa kapitalına qayıdacağı barədə yayılan xəbər isə elə 1 aprel zarafatı idi.
Vüqar Yaşaroğlu
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










