Qızıl avtomobil satışa çıxarıldı - FOTO

"Joe Macari Performance Cars" diler mərkəzi indiyə qədər istehsal olunmuş 150 "Aston Martin Valkyrie" yol kupesindən birini satışa çıxarıb.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu xüsusi nümunə "Anemos" adını daşıyır və 24 karat qızıldan istifadə edilən kuzov və interyerinə görə unikal sayıla bilər.
Qeyd olunur ki, fərdi yanaşma onun əvvəlki sahibinə 630 000 dollardan baha başa gəlib. Satıcı superhibridin qiymətini açıqlamayıb.
Bu nümunə 2024-cü ildə yığılıb və o vaxtdan bəri təxminən 80 kilometr yol qət edib. Hiperkarın bu qədər tez satışa çıxarılmasının səbəbi məlum deyil.
"Aston Martin Valkyrie" 1 155 at gücünə malik elektrik mühərriki ilə birləşdirilmiş 6.5 litrlik atmosfer V12 mühərriki ilə təchiz edilib. Avtomobil 100 km/saat sürəti 2.6 saniyəyə yığa bilir. Böyük Britaniya şirkəti yeni avtomobillər üçün ən azı 3 milyon dollar istəyir.
(oxu.az)
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO

























