Rusiyada limon satmaqla məşhurlaşan uşaq Bakıda nömrə oğurlayırmış – Dəstə ələ keçdi - FOTOLAR

Polis Nərimanov, Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri saxlayaraq saxlayıb. Belə ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması ilə bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırma zamanı oğurluğu törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə omüəyyən olunub. Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahibindən pul tələb edərək qaytarmağı təklif ediblər.
Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı 5 avtomobilin dövlət qeydiyyat nişanlarının da dəstə tərərfindən oğurladığı məlum olub.
Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin həyata keçirdiyi əməliyyat nəticəsində Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində avtomobil təmiri sexindən “Opel” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanın da 24 yaşlı Ə.İsmayıllı tərəfindən oğurlandığı təsdiqlənib.
Faktlarla bağlı araşdırmalar.
Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət əvvəl Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı. (Manşet.az)





Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











