Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR

Avtosfer Foto 6 Mart 2026 10:48
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan SSR-də avtomobil almaq çətin işlərdən biri idi. Söhbət təkcə vəsait toplanmasından getmirdi. O dövrdə kredit anlayışı da yox idi.
Hər kəs illərlə topladığı pulu nağd şəkildə satış məntəqəsinə verməli idi.

Avtosfer.az xəbər verir ki, Sovet Azərbaycanında qiymətləri bazar deyil, zavod müəyyən edirdi, daha doğrusu Qosplan deyilən struktur. O dövrdə “xarici maşın” sahiblərinin sayı bir əlin barmaqları qədər idi.

1976-cı ildə SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da avtomobillər bahalaşdı. Bu bahalaşmadan sonra sovet avtomobillərinin şahı QAZ-24-ün qiyməti 15195 rubl oldu.

Bahalaşma “Jiquli”lərdən da vaz keçmədi. İstehsalın ilk illərinə 5200-5500 rubl olan VAZ-2101-in qiyməti 6668 rubl oldu. Azərbaycanda çox da sevilməyən VAZ-2102 isə 7466 rubladək bahalaşdı. Çox sevilən VAZ-2103 isə 8732 rubl, VAZ-21011 7366 rubl oldu. VAZ-ın bütün sovet məkanında ən nüfuzlu modeli olan 06-nın qiyməti 7500-dən 9200 rubla yüksəldi. 

Sovet Azərbaycanında ən ucuz avtomobil Zaporojets ZAZ-968 idi ki, buna da 5375 rubl qiymət qoyulmuşdu. Maşın əsasən əlillərə verilirdi.

Hörmətli oxucu hiss etdi ki, xəbərdə “satılırdı” sözünü işlətmədik.  Çünki Qosplanın qiyməti ilə real satış qiymətləri arasında kəskin fərq vardı.

Avtomobil almaq şansı olan şəxslər çox vaxt onu təzədən baha qiymətəı satırdılar. Sovet İttifaqında təzə avtomobilin 3 il ərzində özgələşdirilməsi qadağan edildiyindən, satış etibarnamə ilə həyata keçirilirdi. Yəqin bunu ayrıca şərh etməyə ehtiyac yoxdur.

SSRİ 1991-ci ildə süqut etsə də, bu məkanda avtomobil satışı ilə bağlı qaydalar çox da dəyişikliyə uğramayıb.

Vüqar Yaşaroğlu

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh