Sovet Azərbaycanında avtomobillə bağlı nələri yazmaq olmazdı? - FOTO

Azərbaycanda bu günlərdə milli mətbuatın 150 illiyi yüksək səviyyədə qeyd olundu. Mətbuatımız bu dövrdə çox çətinliklərə sinə gərib, qadağalarla üzləşib. Yalnız müstəqillikdən sonra senzura adlanan Domokl qılıncı mətbuatın üzərindən çəkilib.
Avtosfer.az xəbər verir ki, sovet dövründə Azərbaycanda ayrıca avtomobil jurnalı olmayıb. Səbəb də məlumdur. Bütün sovet mətbuatında olduğu kimi Azərbaycan SSR-də də materialların hamısı QLAVLİT (Mətbuatda Dövlət və Hərbi Sirlərin Qorunması üzrə Baş İdarə) deyilən qurumun senzorları tərəfindən 3 mərhələdə yoxlanırdı. Qəzet rəhbərləri də problem yaranmasın deyə, çətin mövzulara ümumiyyətlə toxunmurdular.
Doğrudur, azərbaycanlı jurnalistlər hansısa sürücünün əmək qəhrəmanlığı, aylıq planı 2 həftəyə doldurması barədə gen-bol xəbər yazırdılar. Traktorçu qadınların qəhrəmanlıqları qəzet səhifələrini bəzəyirdi (halbuki, burada fəxr olunmalı nəsə yoxdur).
Hansısa intizamsız sürücünün karikaturası da verilə bilərdi. Amma, “Şəfəq” kolxozunda traktor çatışmır, “Lenin kolxozunda yük avtomobili yoxdur”, “5 saylı taksimotor parkında 10 avtomobil aylardır təmirə dayanıb” tipli xəbərlərə rast gəlmək mümkün deyildi.
İndi hər ay metronun yeni stansiyalarının tikintisi, təzə qatarların alınması barədə xəbərlər verilir. Hətta tikilməkdə olan stansiyalara mediatur da təşkil edilir. Sovet Azərbaycanında isə bunları yazmaq qadağan idi.
Qəza xəbərləri də bir qayda olaraq mətbuata ayaq aça bilmirdi. DİN-in icazəsi ilə bəzi yol-nəqliyyat hadisələri barədə məlumat verilirdi. Lakin, qəzalara dair statistika heç bir halda mətbuata ayaq açma bilməzdi.
Hörmətli oxucu. Yəqin bu xəbərdən sonra sən “sovet vaxtı niyə bu qədər qəza olmurdu?” sualına cavab tapa bildin.
Vüqar Yaşaroğlu
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
















