Taksidə yaranan ödəniş probleminə görə sərnişinə dəyən zərəri kim ödəməlidir? – “Bolt”dan AÇIQLAMA - FOTO

Taksidən istifadə edən bir çox sərnişin üçün proqramda iki ünvan qeyd olunması zamanı bəzi sürücülər yalnız bir ünvana aparır.
Avtosfer.az xəbər veriri ki, bütün hallarda kartla sifariş verən sərnişinin hesabından bütöv gedişin məbləği tutulur. Sürücü isə ilk ünvana çatdırdıqdan sonra gözləmə məntəqəsindən uzaqlaşır və sifarişin ikinci hissəsi yarımçıq qalır.
Bu zaman sual yaranır: sərnişinin ödədiyi artıq məbləğ kim tərəfindən qarşılanmalıdır? Xidmət göstərən şirkət, yoxsa sifarişi yarımçıq buraxan sürücü? Burada sürücünün adının hallanmasının səbəbi, eyni zamanda həm şirkəti, həm də sərnişini aldatmasıdır.

Məsələ ilə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova saytımıza açıqlamasında bildirib ki, biz hər zaman çalışırıq ki, belə hallarda kompensasiya “Bolt” şirkəti tərəfindən edilsin:
“Məqsədimiz həm müştərinin narazı qalmaması, həm də sürücülərin maddi baxımdan çətin vəziyyətə düşməməsidir. Lakin bəzi hallarda, əgər sürücü açıq şəkildə səhv edibsə və bunu bilərəkdən edibsə, bu zaman kompensasiya müştəriyə ödənilir, amma həmin məbləğ sürücünün hesabından çıxılır. Bununla belə, biz çalışırıq ki, bu cür hallarda məsuliyyəti daha çox şirkət öz üzərinə götürsün”.
Fidan
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












