Təkərin istehsal ilini necə öyrənmək olar? - Sadə qaydalar... - FOTO

Təkərdə protektorunu naxışının yerində olması ilə yanaşı, onun istehsal ili də vacibdir. Təkər qaldıqca sərtləşir, keyfiyyətini itirir. Qış təkərləri daha tez köhnəlir. İstehsalçıların tövsiyəsinə görə 1 şinin anbarda saxlama müddəti 5 ili, ümumi istismar dövrü ilə 10 ili keçməməlidir. Bəs təkərin nə vaxt istehsal edildiyini necə bilək?
Avtosfer.az xəbər verir ki, 1980-ci illərdək bir çox istehsalçı təkərin istehsal tarixini göstərmirdi. Sonradan bir şirkət şəxsi mülahizə əsasında markalama apardı. 90-cı illərdən etibarən markalama standartlaşdı.
2020-ci ildən etibarən bütün istehsalçılar standart markalama – DOT tətbiq edir. Təkərin yan hissəsində DOT, təkərin kodu, sonda dördrəqəmi ədədlə istehsal həftəsi və ili göstərilir. Məsələn, bu fotoda sonuncu ədəd 3221-dir. Yəni, təkər 2021-ci il avqustun son günlərində istehsal edilib.
2020-ci ildən əvvcəl müxtəlif markalamalar var. Lakin bu tarixdən əvvəl istehsal olunmuş təkəri ilk baxışda vəziyyəti yaxşı olsa belə, almaq məsləhət görülmür. Buna görə də, uzunçuluğa yol verməmək üçün daha köhnə markalamalara toxunmuruq.

VACİB MƏQAM. Təkərin keyfiyyəti və mövsümə uyğunluğu təhlükəsizliyə birbaşa təsir edir. Bir məsələ dəqiqdir: ən son texnologiyalarla (tormoz və təhlükəsizliklə bağlı) təchiz edilmiş avtomobildə belə, pis təkərlər quraşdırıldıqda fövqəladə hallarda nəticə ürəkaçan olmayacaq.
Vüqar
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO








