Televiziya əməkdaşları üçün xüsusi “Porsche" - FOTO

Bu avtomobili “Porsche”nin Leypsiqdəki zavodunda təcrübə keçən tələbələr hazırlayıblar.
Avtosfer.az xəbər verir ki, televiziya işçiləri üçün hərəkət zamanı çəkiliş aparmaq çətin işlərdən biridir. Çox vaxt təhlükəsizlik naminə bir çox hərəkətli çəkiliş ləğv edilir.

Təcrübəçilər televiziya və kino sahəsinə kömək üçün “718 Boxster” modelinin brezent örtüyünü çıxararaq onu hündür təhlükəsizlik qövsü ilə vəzləyiblər. Qövs həm də müxtəlif avadanlıqları bərkitmək üçün dayaq rolu oynayır. Parlaqlıq olmasın deyə kabriolet tutqun rəngə boyanıb.
Bundsan əlavə, avtomobilin qabaqda yerləşən yük yeri də fotoqraf və operatorlar üçün iş yerinə çevrilib. Təhlükəsizlik məqsədi ilə çəkiliş aparan şəxslər kəmərlə bağlanır.

Avtomobilin texniki imkanları döngələri 130 km/saat sürətlə keçməyə imkan verir. Bu da televiziyaların və kinostudiyaların işinə yarayır.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










