Tormozsuz “Mercedes”i satışa çıxaran şəxsə qarşı cinayət işi açıldı - FOTO

Bu qəribə hadisə Almaniya vətəndaşının başına gəlib.
Avtosfer.az xəbər verir ki, hərracda 100 min avroya (220 000 AZN) “Mercedes” alan şəxs bir neçə kilometr getdikdən sonra hiss edib ki, tormoz avtomobili saxlamır. O, sürəti azaldaraq maşını saxlayıb yerə düşdükdə görüb ki, qabaq təkərlərdən yanıq iyi gəlir.
Avtomobil evakuatorla satış mərkəzinə qaytarılıb. Avtomobilin təkərlərini sökdükdə məlum olub ki, maşında ümumiyyətlə tormoz qəlibləri yoxdur.
Daha doğrusu, standart metal qəlib əvəzinə taxtadan kəsilmiş qəlib quraşdırılıb. Üzərinə isə markerlə “Brembo” (məşhur marka) yazılıb.
Polis taxta qəlibləri maddi sübut kimi götürərək avtomobilin əvvəlki sahibinə qarşı cinayət işi açıb.
Almaniya qanunvericiliyinə görə tormoz sistemində nasazlıq olan avtomobil satmaq cinayət məsuliyyəti yaradır.
Vüqar
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR












