Unikal avtomobil üçün 2 milyon dollar təklif olunur - FOTO

"Bring a Trailer" hərracında "Pagani Huayra" superkarı üçün təkliflər açıqlanıb.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, hərracın başa çatmasına bir neçə gün qalmış təklif 2 milyon dollara çatıb.
Yüksək qiymət təkcə brendlə deyil, həm də "Oceano Pacifico" ("Sakit okean") xüsusi versiyasında buraxılmış superkarın unikallığı ilə izah olunur. Bundan əlavə, bu "Huayra" 2014-cü ildən bəri cəmi 3 200 kilometrdən bir qədər çox məsafə qət edib.
Superkarın karbon gövdəsi okean mövzusuna uyğun olaraq bir neçə mavi rəng çalarları və ağ əlavələrlə rənglənib. Eyni şəkildə təkər diskləri də dizayn edilib, baxmayaraq ki, komplektə qızılı rəngli alternativ təkərlər də daxildir.
Texniki cəhətdən "Huayra Oceano Pacifico" digər superkarlardan fərqlənmir, onlardan cəmi yüzə yaxın istehsal edilib. Avtomobil AMG-nin 6 litrlik V12 mühərriki ilə təchiz olunub və 730 at gücünə malikdir. Məlumdur ki, bir müddət əvvəl ilk sahibi superkarı yenidən zavoda göndərib və orada "Huayra" əlavə olaraq "Tempesta" paketi ilə təchiz edilib. Bu paketə əlavə aerodinamik detallar, titan səsboğucu boru və xüsusi tənzimləmələrə malik "Ohlins" amortizatorları daxildir.(oxu.az)
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO














