Xaqani bağının yaxınlığındakı 888, 444 və 777 nömrəli maşınlar kimindir? - FOTO

Bakının mərkəzində çəkilən görüntülər müzakirələrə səbəb olub.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, restoranlardan birinin qarşısında 888, 444 və 777 nömrələri ilə avtomobillər parklanması geniş müzakirələrə yol açıb.
Həmin ərazidəki qanunsuz parklanmanın şəklini çəkən sosial şəbəkə istifadəçisi AYNA-nın əməkdaşlarını rüşvət almaqda ittiham edib.
AYNA isə şəklə reaksiya verərək həmin avtomobillərinin sürücülərinin sözügedən ərazidə yaşadığını qeyd edib.
"Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlum məlumatla bağlı yoxlama aparılıb. Şəkillərdə göstərilən avtomobillərin həmin ərazidə yerləşən yaşayış binalarında rəsmi qeydiyyatda olan sakinlərə məxsus olduğu müəyyən edilib.
Bir daha bildiririk ki, bu əraziyə yalnız yaxınlıqdakı binalarda qeydiyyatda olan şəxslər və kommunal xidmətlərlə yanaşı operativ xidmət avtomobilləri daxil ola bilər.
Agentlik gələcəkdə yalnız dəqiqləşdirilmiş məlumatlara istinad edilməsini xahiş edir", - açıqlamada qeyd olunub.
Məlumat üçün bildirək ki, həftəsonları Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin girişi 17 mart tarixindən etibarən qadağandır. Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunur.
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








