Yol polisi Cəlilabadda reyd keçirdi: 100-ə yaxın sürücü saxlanıldı - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımı magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarına əməl etməyən sürücülər aşkar edilərək məsuliyyətə cəlb olunublar. Göytəpə postu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılan 100-ə yaxın sürücüdən təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, sürücülük vəsiqəsi olmayan 60-ı inzibati qaydada cəzalandırılıb. Bəzi sürücülər avtomobillərinin cərimə meydançasına aparılmasına etiraz edərək yol polisi ilə mübahisə edib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri Hikmət Qafarov Avtosfer.az-a bildirib ki, reydin keçirilməsində əsas məqsəd yollarda baş verə biləcək qəzaların qarşısının alınmasıdır. "Bu gün texniki baxışdan keçməyən, yükdaşıma qaydalarını pozan, nasaz avtomobil idarə edən sürücülər aşkarlandı. Onlarla profilaktik söhbətlər aparıldı. Baş verə biləcək qəzaların ağır fəsadları izah olundu."
Qeyd edək ki, analoji reydlər davam etdiriləcək.
Orxan
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO














