Yola sığmayan sürücülər: köhnə vərdiş, yeni təhlükələr - FOTO

İşlə əlaqədar olaraq Azərbaycanın rayonlarına müntəzəm səfər edirəm.
Bu dəfə Şəkiyə səfər edərkən ilk dəfə avtobusda qabaq cərgədə əyləşmək şansım oldu. Fürsətən istifadə edərək yol boyu sürücülərimizi izləyə bildim.
Kürdəmir ərazisində hərəkət zamanı gördüklərim sürücülərimizin bilərəkdən və ya bilməyərəkdən böyük riskə getdiklərini göz önünə sərir. Əvvəla, ən ciddi problemlərdən biri sürücülərimizin “zolağa sığmamasıdır”. Minik avtomobillərinin çoxu ikinci və üçüncü zolağın ortası ilə hərəkət edərək hər 2 zolağı zəbt edir. Nəticədə arxadan gələn nəqliyyat vasitələri ötmə əməliyyatı edə bilmir. Sürücülərimizin çoxunun güzgüyə baxmadığını nəzərə alsaq, vəziyyətin ağırlığını təsəvvür etmək çətin olmaz. Avtobus sürücüsü (şəxsən tanıdığım peşəkarlardandır) bildirdi ki, üçcərgəli yollarda vəziyyət həmişə belədir.

Lakin məni daha çox təəccübləndirməyi “Azpetrol”un sürücüsü bacardı (təəssüf ki, video çəkə bilmədim). Yanacaq yüklü MAN sürücüsü Sığırlı kəndi ərazisində təxminən 80 km/saat sürətlə hərəkət zamanı sol ayağını nə qədər qəribə olsa da, alın şüşəsinə dirəmişdi. Yaşayış məntəqəsi ərazisində bu davranışa görə qəza baş versəydi nə ilə nəticələnəcəkdi? Ola bilsin ki, sürücü dəfələrlə belə davranıb və xətasız ötüşüb. Lakin bu cür davranış “Azpetrol” kimi böyük şirkətin nüfuzuna ciddi zərbədir. Müəssisə belə halları faciə baş vermədən nəzərə almalıdır.
Yaxud, fotoda gördyünüz kommunal xidmət avtomobili avqustun 11-dən 12-nə keçən gecə Ziya Bünyadov prospekti boyu davamlı olaraq sol yolla hərəkət edib.
Hörmətli oxucu. Sizə elə gəlməsin ki, yola sığmamaq yeni problemdir. 60-70-ci illərdə çəkilmiş Azərbaycan filmlərinə baxsanız görərsiniz ki, bu vərdiş bizə leninçi babalarımızdan qalıb.
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











