Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO

Bakı-Quba avtomobil yolunda qayda pozan sərnişin kameraya düşüb.
Avtosfer.az-a izləyicilərdən biri tərəfindən göndərilən videomaterialda 27-BV-757 dövlət qeydiyyat nişanlı “QAZ-2752” markalı avtomobilin sərnişininin ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxararaq hərəkət etdiyi əks olunub. Şikayətçinin sözlərinə görə, həmin şəxs yolboyu eyni təhlükəli davranışı davam etdirib.
Məsələ ilə bağlı Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarənin Yol Patrul Xidməti Alayından bildirilib ki, araşdırma zamanı qayda pozan şəxsin Xaçmaz rayon sakini Aydınov Aydın Tofiq oğlu olduğu müəyyən edilib.
Alayın əməkdaşları tərəfindən həmin şəxs barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb. O, törətdiyi hərəkətdən peşman olduğunu bildirərək, bir daha belə qayda pozuntusuna yol verməyəcəyini deyib.
Qeyd edək ki, hərəkətdə olan nəqliyyat vasitəsindən bədənin hər hansı hissəsini avtomobilin pəncərəsindən çölə çıxarmaq sərnişinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz davranış qəfil manevr, toqquşma və ya digər yol-nəqliyyat hadisəsi zamanı ağır nəticələrə səbəb ola bilər.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












