Binədə sürücü yolu bağlayıb qəza şəraiti yaradan şəxsi mübahisəyə çağırdı - VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində sürücü digər avtomobilin sürücüsünü mübahisəyə cəlb etməyə çalışıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qəsəbənin Savxoz kimi tanınan ərazisində qeydə alınıb.
Belə ki, yolun kənarından hərəkətə başlayan “Ravon” markalı avtomobilin sürücüsü yolda hərəkətdə olan 40-BM-259 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınını nəzərə almadan manevr edib. Nəticədə qəza şəraiti yaranıb. Yük maşınının sürücüsü sola manevr edərək qəzadan yayınıb.
Bundan sonra o, avtomobilindən düşərək qəza riski yaradan sürücüyə yaxınlaşıb və maşından düşməyə çağırıb. Görüntünü qeydə alan sürücünün iddiasına əsasən, yük maşınının sürücüsü qarşı tərəfdən dəfələrlə avtomobildən düşməsini tələb etsə də, “Ravon”un sürücüsü buna əməl etməyib. Daha sonra yük maşınının sürücüsü yenidən sükan arxasına keçərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, “Ravon”un sürücüsü yola çıxmazdan əvvəl hərəkətdə olan nəqliyyat vasitələrinə diqqət yetirməli, yolun boş olduğuna əmin olduqdan sonra manevr etməli idi. Digər tərəfdən, “Mercedes”in sürücüsünün yolun hərəkət hissəsində dayanaraq digər sürücünü mübahisəyə cəlb etməyə çalışması da düzgün davranış deyil. Bu, nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla yanaşı, münaqişənin daha da böyüməsinə səbəb ola bilər.
Nərmin
Sürücülərin gözünü qamaşdırıb maşının qapısını açıq saxladı – İrada cavabı isə... - VİDEO
Bakıda ödənişli zonalara giriş və tarif qaydası necə olacaq? - TƏHLİL - VİDEO
Dünyanın daha bir nüfuzlu şin markası - Niderland mənşəli "Vredestein" Azərbaycan bazarına daxil olur - VİDEO
Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər - VİDEO
Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi - VİDEO
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO












