Bakı-Quba yolundakı körpüdə problem yaranıb: Hər an qəza baş verə bilər - VİDEO

Son günlərdə Bakı-Quba magistral yolunun üzərində yerləşən körpüdə (Şabran rayonu ərazisindən keçən hissədə) yaranmış problem sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Avtosfer.az xəbər verir ki, körpünün temperatur tikişi olan hissəsində birləşmə rolunu oynayan dəmirlər sıradan çıxıb. Həmin dəmirlərin bir qismi tamamilə yoxa çıxaraq yolda iri çuxur əmələ gətirib, bəzi yerlərdə isə dəmirlərin uc hissəsi yuxarıya doğru qalxaraq iti və təhlükəli forma alıb.
Bu vəziyyət avtomobillərin hərəkəti zamanı ciddi problemlər yaradır. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələrinin təkərləri bu çıxıntılara dəyərək zədələnə, hətta qəzalarla nəticələnə bilər. Xüsusilə gecə saatlarında və ya hava şəraiti zəif olan vaxtlarda sürücülər bu təhlükəni görməkdə çətinlik çəkir, nəticədə qəza riski daha da artır.
Sosial şəbəkələrdə paylaşılan videolarda sürücülərin narahatlıqları aydın şəkildə əks olunub. Onlar körpünün təmir olunmaması səbəbindən həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatının riskə atıldığını bildirirlər. Belə problemlərin vaxtında aradan qaldırılmaması nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verə bilər ki, bu da həm insan itkilərinə, həm də maddi zərərlərə səbəb ola bilər.
Sürücülər müvafiq qurumlardan körpünün qısa müddətdə təmir olunmasını tələb edirlər. Onların fikrincə, belə strateji əhəmiyyətə malik yolda hər hansı təhlükə mənbəyinin mövcudluğu yolverilməzdir. Körpünün təhlükəsizliyinin təmin edilməsi üçün təmir-bərpa işlərinin təxirə salınmadan həyata keçirilməsi zəruridir.
Fərid
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












