Bakı-Quba yolundakı qəzaya görə sürücü həbs oluna bilər? – AÇIQLAMA - VİDEO

İyulun 23-ü günorta saatlarında Bakı-Quba yolunda baş verən qəza ilə bağlı sosial şəbəkələrdə bir sıra suallar ortaya çıxıb. Vətəndaşları narahat edən məsələlərdən biri də odur ki, qəzanı törədən sürücü hansı məsələlərdə günahlandırıla bilər və bu situasiyada sürücünün məsuliyyətə cəlb edilməsi mümkündürmü?
Qəzanı şərh edən Avtosfer.az-ın baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, faciənin təməlində daha bir məsuliyyətsiz piyadanın icazə verilməyən yerdən yolu keçməyə çalışmasıdır.
“Yolun piyada gələn tərəfində meşəlik, ağaclar, dəmir yolu xətləri, qarşısında isə dəmir arakəsmələr var. Digər tərəfdə isə beton arakəsmə var və hiss olunur ki, yolu keçməyə çalışan şəxs yaşlıdır. Qəribəsi ondadır ki, piyada sanki məqsədli şəkildə özünü maşının qarşısına atır.
Videodakı qəzanı törədən sürücünün heç vaxt ağlına gəlməz ki, piyada da sürətlə qaçıb özünü avtomobilinə çırpacaq. Sürücü uzaqdan piyadanı gördüyü zaman əyləcə basır, həm də maşının istiqaməti dəyişir. Amma təəssüf ki, sürücünün bütün cəhdlərinə baxmayaraq, qəzadan yan keçmək mümkün olmur, çünki piyada da qaçaraq özünü maşına çırpır. Hətta sürücü maşını beton arakəsməyə sürtüb qəzadan yayınmağa çalışsaydı da, piyada yenə də avtomobilin arxasına, ya da ortasına çırpılıb yıxılacağdı”.
Həmin videonu sizə təqdim edirik.
Səfər
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












