Bakı-Sumqayıt yolundakı bu beton hərəkəti iflic edir - ÇIXIŞ YOLU BUDUR - VİDEO

Bakı-Sumqayıt yolunda, xüsusilə Biləcəri qəsəbəsi və avtovağzal dairəsi istiqamətindəki kəsişmədə günün pik saatlarında tıxac yaranır. Bunun əsas səbəblərindən biri 2020-ci ildə aparılan genişləndirmə işləri zamanı yolun kənarında inşa edilən beton sədlərdir.
Bu sədlər həddindən artıq uzadıldığı üçün Biləcəri və avtovağzal dairəsi istiqamətindəki kəsişmədə sağa yalnız bir avtomobilin dönməsinə şərait yaranır. Pik saatlarda dönən avtomobillərin sayı artdıqda isə sürücülər bir neçə zolaq üzrə manevr etməyə məcbur olurlar. Bu isə yalnız sağa dönən nəqliyyat vasitələrinin deyil, düzünə hərəkət edən avtomobillərin də qarşısını kəsir və nəticədə tıxacın uzunluğu Moskva prospektinə qədər uzanır. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, əvvəllər bu kəsişmədə daha geniş bir yol mövcud olub. Sürücülər həmin nöqtədən həm sağa, həm də sola rahatlıqla dönə bilirdilər. Eyni zamanda, həmin ərazidə təhlükəsizlik adacığı mövcud idi ki, bu da nəqliyyat axınının nizamlı şəkildə bölünməsinə imkan yaradırdı. Lakin son yenidənqurma işlərindən sonra beton sədlərin həddindən artıq uzadılması nəticəsində təhlükəsizlik adacığı tamamilə ortadan qalxıb və yolun funksionallığı xeyli zəifləyib.
Bu istiqamətdə əsas təkliflərdən biri beton səddin sökülməsi və yolun əvvəlki genişliyinə qaytarılmasıdır. Əgər bu beton sədd qısaldılarsa və avtomobillər üçün daha geniş dönmə sahəsi yaradılarsa, yolun həmin hissəsində hərəkət daha nizamlı və fasiləsiz olacaq. Eyni zamanda sağa və sola dönməyə icazə verən nişanlanma xətləri və nişanların quraşdırılması zəruri hesab edilir.
Əgər bu tədbirlər görülərsə, xüsusilə pik saatlarda bu ərazidə tıxacın əhəmiyyətli dərəcədə azalması müşahidə ediləcək.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












