Bakıda "Porsche"nin düşdüyü qəzada baş verən GÜCLÜ YANĞININ GÖRÜNTÜSÜ - VİDEO

Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 12-si saat 00:19-da Nizami rayonu, B.Çobanzadə küçəsi 45 ünvanında Əsəd Eldar oğlu Rəsulovun idarə etdiyi 77-UV-617 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil ilə Asif Məhiyəddin oğlu Qarayevin idarə etdiyi 10-LP-075 dövlət qeydiyyat nişanlı "Porsche" toqquşub.
"Volkswagen" markalı nəqliyyat vasitəsi aşaraq qaz boru kəmərini zədələyib və yanğın baş verib.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
***10:56
Nizami rayonu Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Çində avtomobil satışları çökdü
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabrın 12-si 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B.Çobanzadə küçəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin və çanağın küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***09:41
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.
Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb", - məlumatda deyilir.
Avtomobillər, ağaclıq sahə və ətraf ərazilərin yanğından mühafizə olunduğu vurğulanıb.
***09:12
Paytaxtın Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bəkir Çobanzadə küçəsində hərəkətdə olan “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub. Hadisədən sonra maşınlardan biri qaz xəttinə çırpılıb. Nəticədə güclü yanğın başlayıb.
Yanğın FHN qüvvələri tərəfindən lokallaşdırılıb.
İki nəfər xəsarət alanın olduğu bildirilir.
Yanğın nəticəsində bir neçə ağaca da ciddi ziyan dəyib.
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












