Binədə sürücüdən təhlükəli hərəkət – Məktəbliləri yolun ortasında düşürdü - VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 6-da saat 08:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, “Mercedes” markalı sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq məktəbliləri düşürür.
Bu səbəbdən həmin ərazidən keçən sürücülərin hərəkəti məhdudlaşıb, eyni zamanda avtobusdan düşən sərnişinlərin təhlükəsizliyi ciddi risk altına düşüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü sərnişinləri mindirmək və ya düşürmək üçün xüsusi ayrılmış dayanacaq meydançalarından, eləcə də 5.12 və 5.13 yol nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayanarsa, 100 manat məbləğində cərimələnə bilər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












