“BMW” ilə avtoxuliqanlıq edən sürücü videonu yaydı; vəsiqəsi əlindən alındı - FOTO - VİDEO

Avtoxuliqanlıq edib və həmin anların görüntülərini sosial şəbəkədə yayan sürücü barəsində tədbir görülüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Belə ki, Nilüfer səmtində yol hərəkəti qaydalarına məhəl qoymayaraq narahatlığa səbəb olan A.S adlı sürücü “BMW” markalı avtomobillə drift edərək şou göstərib və həmin anları mobil telefon vasitəsi ilə qeydə aldıraraq sosial media hesabında paylaşıb.
Vətəndaşların narazılığına və sosial mediada paylaşılan görüntülər səbəbi ilə hərəkətə keçən Yol Nəzarəti Şöbəsinin əməkdaşları sürücünü drift, həddindən artıq səs-küy çıxaran səsboğucudan istifadə və yol hərəkətində təhlükə yaratığına görə saxlanılıb.
Onun nəqliyyat vasitəsinin hərəkətinə qadağa qoyulub, vəsiqəsi əlindən alınıb.
Bundan əlavə, 46 min lirə (2,004 manat) cərimələnən sürücü cərimə qəbzləri ilə polis idarəsinin qarşısında foto da çəkdirib.
Namiq Musayev

Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












