Bu yolayrıcında sürücülər tez-tez qəza törədir - Səbəb nədir? - VİDEO

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsində baş vermiş qəza anbaan kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a videomaterial göndərib. Kadrdan da göründüyü kimi, yolayrıcına daxil olan “Mercedes” markalı avtomobil, “Bolt” taksi şirkətinə məxsus “BYD” markalı maşınla toqquşub. “BYD”nin sürücüsü qəzadan yayınmaq üçün sağa manevr etsə də təhlükədən xilas ola bilməyib. Nəticədə o, öncə “Mercedes”ə çırpılıb, ardınca yol kənarında quraşdırılmış piyada keçidi nişanına dəyərək onu kökündən qoparıb.
İzləyici bildirib ki, sözügedən küçədə tez-tez yol-nəqliyyat hadisələri qeydə alınır. Səbəb isə yolayrıcına girən sürücülərin diqqətsizliyi və növbəsini gözləmədən hərəkətlərinə davam etmələridir.
Nəzərə alsaq ki, qəzanın baş verdiyi yolayrıcı nizamlanmayıb, üstünlük nişanı yoxdur, bu halda “BYD” markalı avtomobilin sürücüsü sağ tərəfdən gələn nəqliyyat vasitəsinə yol verməli idi.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












