“Dayanacaq nişanı var, avtobus yoxdur” - Sürücüyə yazılan cərimə müzakirə yaradır - VİDEO

Paytaxtın Yasamal rayonu, Moskva prospektində sürücüyə avtobus dayanacağında avtomobil saxladığı üçün cərimə tətbiq olunub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisənin iyunun 17-də saat 09:40 radələrində baş verdiyi bildirilir.
Şikayətçinin sözlərinə görə, o, qırıq xətdən avtobus zolağına daxil olub və daha sonra “Badi Səba” şadlıq sarayının giriş hissəsində 99-QH-318 dövlət nömrə nişanlı “BYD” markalı avtomobili saxlayaraq müştəri götürüb. Lakin təxminən 20 dəqiqə sonra ona İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə dayanma-durma qaydalarını pozduğuna görə 40 manat və 2 bal cərimə gəlib.
Göndərilən videodan görünür ki, sürücünün avtomobili saxladığı ərazidə avtobus dayanacağı nişanı mövcuddur. Lakin şikayətçi marşrut avtobuslarının həmin nöqtədən təxminən 30-40 metr arxada dayanaraq sərnişinlərin minib-düşürdüyünü vurğulayıb.
İzləyici tətbiq edilən cərimənin əsassız olduğunu iddia edərək, qərarla razılaşmadığını bildirib.
Nərmin

Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO













