Dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi vacibdir - Vağzalda görüş keçirildi - VİDEO

Son 30 ildə ölkə əhalisinin sayındakı artım bir sıra sahələrdə yeniliklərin də tətbiqini zəruri hala çevirib. 1996-cı ildə əhalinin sayı təmxinən 7,6 milyon idisə, bu gün bu rəqəm 10,25 milyondur. Bu isə artıq 35% artım deməkdir. Əhalinin say artdıqca nəqliyyatdan istifadə intensivləşir, ölkədə avtomobil istehlakı sürətlənir. Bu da özü iə yeni tələblər ortaya çıxarmağa başlayır.
Avtosfer.az xəbər verir ki, nəqliyyatdan istifadənin intensivləşdiyi bir dövrdə insanların ən çox üz tutduğu vasitə məhz ictimai nəqliyyat olur. Məsələn, yanvar-aprel ayları ərzində Azərbaycanda avtobuslardan istifadə edən sərnişin sayı 606 milyondan çox olub. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bu ilin yanvar-aprel aylarında 3,5 milyondan çox sərnişin daşınıb. Təkcə aprel ayında bu say 1 milyonu keçib.
Sərnişin sayı ilə yanaşı dəmir yolları inkişaf etdikcə onun ətrafında yaşayan insanların sayı da kəskin şəkildə artıb. Bu da özü ilə yeni problemlərin yaranmasına gətirib çıxarıb. “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi bu problemlərin qarşısının alınması istiqamətində maarifləndirici layihə ilə çıxış edib. Layihə çərçivəsində dəmiryol xətləri ətrafında yaşayan vətəndaşlarla görüşlər keçirilib. Onlara xətlərin üstündən keçməyin təhlükələri, yerüstü və yeraltı keçidlərdən istifadənin zəruriliyi çatdırılıb.
Növbəti görüş isə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları ilə keçirilib. İctimai birliyin sədri nəqliyyat eksperti Elməddin Muradlı qurumun 20-dən çox maşinist, mühafizə və digər şöbələrinin əməkdaşı ilə birlikdə Bakı Dəmiryol Vağzalında görüşüb. Ən çox sərnişin qəbul edən vağzal əməkdaşları gün ərzində vətəndaşların sorğularını cavablayır, onların təhlükəsiz və rahat şəkildə ünvana səyahət etmələrinə dəstək olurlar.

Görüşdə birliyin sədri Elməddin Muradlı ADY əməkdaşlarının ən çox rastlaşdığı suallar və problemlərlə bağlı fikirlərini öyrənib. ADY-nin Təhlükəsizlik departamentinin şöbə müdiri Rövşən Əliyev bildirib ki, vətəndaşların yerüstü və yeraltı keçidlərdən düzgün istifadə etməsi, eləcə də avtomobillər üçün nəzərdə tutulan keçid məntəqələrində qaydalara riayət edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan cərimə məsələsinə bri daha baxılmalıdır. O qeyd edib ki, maarifləndirici tədbirlərlə yanaşı cərimələrin sərtləşdirilməsi də bu işdə öz effektini göstərə bilər.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO


















