Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna gedən yolda təhlükəli vəziyyət yarnıb. Avtosfer.az xəbər verir ki, yolun asfalt qatı torpaq altında qalıb. Sözügedən avtomobil yolunun bir hissəsində artıq uzun müddətdir ki, təhlükəli vəziyyət yaranıb. Yolun yamac hissəsindən sürüşərək asfalt örtüyünün üzərinə tökülən torpaq və iri daşlar hərəkət üçün ciddi maneə yaradıb.
Görüntülərdən də aydın olur ki, asfalt yolun bir hissəsi tamamilə torpaq qatının altında qalıb. Nəticədə sürücülər asfaltdan kənara çıxaraq yol çiyni ilə hərəkət etməyə məcbur olurlar. Yolda işıqlandırma olmadığı üçün axşam saatlarında təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Sürücülərin sözlərinə görə, problem yeni deyil və artıq xeyli vaxtdır davam edir. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən yolun təmizlənməsi və hərəkətin tam bərpası istiqamətində tədbir görülmədiyi bildirilir.
Ümid edirik ki, məsul qurumlar məsələni nəzarətə götürərək sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün qısa müddətdə lazımi tədbirlər görəcəklər.
Fərid
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












