Halı pisləşən sürücü maşını EVƏ ÇIRPDI; xilasedicilər 3 saat sonra maşından çıxardı - VİDEO

İdarəetmədən çıxan yük maşını yaşayış evinə çırpılıb. Avtosfer.az xəbər verir ki, Nyu-York ştatının Woodbury Heights şəhərində baş verən hadisənin görüntüləri nəqliyyat vasitəsinin kamerasına düşüb. Belə ki, saatda 60 km sürətlə hərəkət edən şeben-qum-çınqıl dolu yük maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, sonra isə yaşayış evinin divarına çırpılıb.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.
Xilasedicilər yük maşınında sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmaq üçün təxminən 3 saat vaxt sərf ediblər.
Yük maşınının məxsus olduğu şirkətinin sahibi bildirib ki, sürücü avtomobil idarə edərkən halı pisləşib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












