“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, 10-LT-400 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü sağda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan həmin zolağa manevr edir. Nəticədə o, görüntünü qeydə alan sürücünü sıxışdırır. Təhlükəylə üzləşən sürücü qəfil sağa manevr edərək qəzadan yayınmağa çalışır. Bu zaman avtomobil əvvəlcə çuxura düşür, ardınca isə bordürə çırpılır. Hadisədən sonra sürücülər arasında mübahisə yaranıb.
Zərərçəkmişin sözlərinə görə, “Land Rover”in sürücüsü törətdiyi qayda pozuntusunu qəbul etməyərək ərazidən uzaqlaşıb.
Belə vəziyyətlərdə əsas risk qəfil qərar vermək məcburiyyətindən yaranır. Sıxışdırılan sürücü son anda sükanı kəskin sağa çevirmək əvəzinə sürəti maksimum dərəcədə azaltmağa və zolaqda sabit qalmağa üstünlük versə, nəqliyyat vasitəsinə dəyən ziyanı minimuma endirmək mümkün olardı.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












