Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO

Azərbaycanda bəzi sürücülərin Çin istehsalı avtomobillərin “avtonom sürüş” və zolaqtanıma funksiyalarından sui-istifadə etməsi ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil mütəxəssisi Şahin Göyləroğlu danışıb. Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkələrdə yayılan videolarda sürücülərin sükan arxasını tamamilə boş buraxaraq avtomobili avtonom rejimdə idarə etməyə çalışması narahatedici tendensiyaya çevrilib.
Mütəxəssis bildirib ki, bəzi sürücülər sükanı buraxır, yalnız ara-sıra əli ilə toxunaraq “narahat olma, buradayam” mesajı verməyə çalışır və bunu nümayiş xarakterli videolarla trendə çevirmək istəyirlər:
“Bu texnologiyalar yeni deyil. Zolaqtanıma və yarı-avtonom sistemlər uzun illərdir bir çox markalarda mövcuddur. Sadəcə Çin avtomobilləri ucuzlaşandan sonra bu funksiyalar geniş kütlənin əlinə keçdi və ortaya ‘görməmişlik’ faktoru çıxdı. Amma bu, təkcə gülməli deyil, çox ciddi təhlükədir”.
Bu şəhərdəki eyni səviyyəli piyada keçidləri Bakıda tətbiq oluna bilər? - FOTOSESSİYA
Şahin Göyləroğlu vurğulayıb ki, bu cür avtonom rejimlərin Azərbaycanda tam şəkildə istifadəsinə nə yollar, nə yol nişanları, nə də mövcud qanunvericilik və normativlər imkan verir:
“Azərbaycan şəraitində avtomobilin tam avtonom rejimdə hərəkəti mümkün deyil. Nə infrastruktur uyğundur, nə də hüquqi baza buna icazə verir. Bu, real təhlükədir”.
Mütəxəssis nümunə kimi Avropa ölkələrində tətbiq olunan təhlükəsizlik mexanizmlərini xatırladıb. Onun sözlərinə görə, bir çox avtomobillərdə sürücü uzun müddət sükanı tutmadıqda sistem əvvəlcə xəbərdarlıq edir, sükanı titrədir, səsli mesajlar göndərir. Sürücü reaksiya vermədikdə isə avtomobil avtomatik olaraq fövqəladə əyləci aktivləşdirir, qəza işıq siqnalını yandırır və nəqliyyat vasitəsini yolun kənarına çəkir, hətta təcili yardım siqnalı belə ötürə bilir.
“Budur avtonomluq və zolaqtanımanın əsl məntiqi. Yolda şou göstərmək, sükanı buraxıb video çəkmək deyil. Bu, oyun deyil, həyat məsələsidir”, – deyə Şahin Göyləroğlu bildirib.
Mütəxəssis sürücüləri bu cür texnologiyaları düzgün dərk etməyə, onları yalnız köməkçi sistem kimi qəbul etməyə və sükan arxasında məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.
Eltac Zülfüqaroğlu
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












