Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 9-da saat 22:36 radələrində Sergey Yesenin küçəsində qeydə alınıb. Görüntüdən aydın olur ki, 77-LS-665 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü əvvəlcə manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib və bu zaman həmin zolaqdakı sürücü üçün təhlükəli vəziyyət yaradıb.
Kameraya düşən kadrlardan görünür ki, təhlükəylə üzələşən sürücü vaxtında dayanmaqla baş verəcək qəzanın qarşısını ala bilib.
Qayda pozan sürücü bununla da kifayətlənməyib. Ardınca o, avtobus dayanacağı nişanının tələbinə məhəl qoymayaraq avtomobilini dayanacaqda park edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, bütöv xətlə ayrılmış zolaqlarda manevr etmək qadağandır. Bundan əlavə, minik avtomobilləri avtobus dayanacağından ən azı 15 metr əvvəl və ya 15 metr sonra dayanmalı və ya park edilməlidir. Bu tələblərə əməl olunmaması yol hərəkəti qaydalarının pozulması hesab olunur.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












