Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO

Martın 3-ü Nizami rayonu 201 nömrəli tam orta məktəbdə “2026-cı il Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir baş tutub.
Avtosfer.az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli, Nizami rayon DYPŞ-nin inspektoru, polis baş leytenantı Tural Kamranzadə, nəqliyyat eksperti Elməddin Muradlı, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri açılış nitqi ilə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov açıb. Tədbiri təşkil etməkdə göstərdikləri dəstəyə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirən Eldəniz Zeynalov qeyd edib ki, şagirdlərin yol hərəkəti qaydalarını öyrənmələri onların həyatı üçün yaranan riskləri minimuma endirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli çıxışı zamanı şagirdlərə öz tövsiyələrini verib. Yol hərəkəti qaydalarına azyaşlıların riayət etməsi mövzusunda çağırışlar Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında da yayımlanır. O bildirib ki, belə tədbirlərin tez-tez keçirilməsində məqsəd məktəblilərin öz hüquq və vəzifələrini öyrənmələridir.
Daha sonra nəqliyyat eksperti Elməddin Muradlı monitorda yol hərəkəti qaydalarına aid sosial çarxları şərh edib. Daha sonra ekspert yayımlanan videoçarxlarla bağlı məktəbliləri maraqlandıran suallarını cavablayıb. Sonda tədbir iştirakçıları məktəblilərlə xatirə şəkli çəkdirib.
Səfər
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












