Banner

Prospektin bu hissəsində avtobus zolağına girə bilərsiniz; zolaq ləğv edildi – VİDEO

Avtosfer TV 17 İyul 2025 14:10 Oxunub 7524
Prospektin bu hissəsində avtobus zolağına girə bilərsiniz; zolaq ləğv edildi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Ziya Bünyadov prospektində hər gün yaranan və bir neçə saatı əhatə edən tıxac uzun müddətdir vətəndaşları narahat edirdi.

Avtosfer.az xəbər verir ki, ərazidəki avtobus zolağı, eləcə də dayanacaq, kəsişmə nöqtələrindəki konflikt zonalar problemlərin əsas qaynağı hesab edilirdi.

Redaksiyamıza sürücülər tərəfindən vaxtaşırı daxil olan şikayətlər əsasında əməkdaşımız ərazidə çəkiliş aparıb. O qeyd edib ki, Ziya Bünyadov - Böyükşor yolunun kəsişməsində yaranan vəziyyət özü ilə yeni problemlər gətirirdi:

“Avtobus zolağı ilə yanaşı, Böyükşor yolundan gələnlərə maneə yaradan məsələlərdən biri də döngədəki dayanacaqdır. Avtobus zolağından keçməkdə çətinlik çəkən sürücülər, üstəlik, dayanacaqda sərnişin mindirib-düşürən avtobusları da gözləməyə məcbur qalırlar. Buna görə də elə tuneldə də, Ziya Bünyadov prospektində də uzunmüddətli tıxaclar yaranır. Bunun başqa bir çətin tərəfi də var. Bir az irəlidən Müzəffər Nərimanov küçəsinə döngə var. Orada da böyük konflikt zona yarandığı üçün sürücülər artıq hər gün bu hissədən keçməkdən təngə gəliblər. Çünki onlar hər gün eyni problemlə rastlaşırlar. Eyni vəziyyət Ziya Bünyadov prospektindən Böyükşor yoluna döngədə də yaşanır. Bu vəziyyətə görə həm Nizami rayonu istiqamətində, həm də Nərimanov, Binəqədi və Nəsimi rayonları istiqamətində saatlarla çəkən tıxaclara gətirib çıxarır”.

Ötən gün problemin həlli istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi addım atıb. Məlumata görə, Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Bununla yanaşı Ziya Bünyadov prospektində monitorinqlər aparılıb:

““Təhlillərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib”.

Məlumata əsasən Ziya Bünyadov prospektinin Böyükşor yolu ilə kəsişməsində hər iki istiqamətdən hərəkət edənlər üçün işıqfor yerləşdirilib. Bununla yanaşı avtobus zolağı silinib və yerdə sarı xətlər çəkilib.

Bu xətlər həm “Koroğlu” tərəfdən, həm də Nərimanov rayonundan gəlib Böyükşor yoluna dönənlər üçün çəkilib. Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, ərazidə çəkilən həmin zonada hərəkəti davam etdirmək olar. Yolun məhz həmi hissəsində avtobus zolağı müvəqqəti olaraq öz qüvvəsini itirir.

Dəfələrlə şəhərin digər ərazilərində zolaqların bir hissəsində sarı torlar çəkildiyinin şahidi olmuşuq və sürücülər adətən bu hissələrlə hərəkət etməyə çəkinirlər. Bu da öz növbəsində sıxlığa və ictimai nəqliyyatın hərəkətinə maneə yaradan amillərdəndir.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh