Banner

Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Avtosfer TV 3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə azyaşlıların elektrik skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi ilə bağlı maarifləndirici video yayımlanıb.

Avtosfer.az xəbər verir ki, blogger Şükran Sultanovun hazırladığı sosial çarxda böyük yaşlı şəxslərin məktəbli uşağı elektrik skuterə mindirməsi əks olunub. Kadrlarda azyaşlı dəbilqə taxmaq istəsə də, ətrafındakı şəxslər buna mane olur və onu qoruyucu vasitə olmadan skuter sürməyə təşviq edirlər.

Çarxda diqqətə çatdırılır ki, uşaqlar bəzən öz istəklərinə zidd olaraq yaşıdlarının və ya onlardan böyük şəxslərin təsiri altına düşür, təhlükəli davranışlara yol verirlər. Nəticədə sadəcə başqalarına özünü göstərmək və ya onların sözündən çıxmamaq üçün atılan addım ağır qəza ilə nəticələnə bilər.

Xüsusilə azyaşlıların elektrik skuterlərdən istifadə zamanı yaş məhdudiyyətlərinə və təhlükəsizlik tələblərinə əməl etməsi vacibdir. Dəbilqə və digər qoruyucu vasitələrdən istifadə edilməməsi yıxılma və toqquşma zamanı ciddi xəsarət riskini artırır.

Bu baxımdan valideynlərin, eləcə də uşaqların ətrafındakı böyük yaşlı şəxslərin üzərinə ciddi məsuliyyət düşür. Uşaqları təhlükəli davranışlara təşviq etmək əvəzinə, onları qorumaq, təhlükəsizlik qaydalarına əməl etməyə həvəsləndirmək lazımdır.

Unutmaq olmaz ki, bir anlıq cəsarət nümayiş etdirmək və ya başqasının sözünə uymaq uşağın həyatı bahasına başa gələ bilər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228440.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 296
ŞƏRH YAZ
Ad

E-mail

Şərh