Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO

Sürücülük vəsiqəsi olmayan yeniyetmə qəza törədib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Hatay şəhərində baş verən hadisə kameraya düşüb.
Məlumata görə, Payas rayonu, Adəm Yavuz küçəsində 17 yaşlı yeniyetmə idarə etdiyi 07-NİM-33 nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. İdarəetmədən çıxan “Hyundai” əvvəlcə səkiyə, daha sonra isə ağaca çırpılıb.
Zərbənin təsirindən sürücü deformasiyaya uğramış avtomobildə sıxışmış vəziyyətdə qalıb.
Ətrafdakı vətəndaşların çağırışı hadisə yerinə polis, xilasedicilər və təcili yardım gəlib.
Yüngül xəsarətlər alan sürücü sıxışdığı yerdən çıxarılaraq təcili yardımın əməkdaşlarına təhvil verilib və o, Payas Dövlət Xəstəxanasına aparılıb. Evə buraxıldıqdan sonra yeniyetmə sürücü polis tərəfindən 46874 TL (red. 1818 manat) cərimə olunub.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












