Yol polisi skuteri cərimə meydançasına saldı – Sürücüdən ŞOK BƏHANƏ - VİDEO

Məsuliyyətdən yayınmağa çalışan skuter sürücüsünün arqumenti polis əməkdaşlarını təəccübləndirib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnodar şəhərində baş verən qeyri-adi hadisə kameraya düşüb.
Şəhərin Kalinin küçəsində qeydə alınan hadisə zamanı asayiş keşikçilərinin “saxla” əmrinə tabe olmayan 43 yaşlı kişi skuterlə qaçmağa çalışıb. Lakin onun bu cəhdi uzun çəkməyib və qısa müddətdə polislər tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra polislərin "Niyə dayanmadın?" sualına sürücünün verdiyi cavab hər kəsi təəccübləndirib. Günahı öz üzərindən atmağa çalışan sürücü, hadisədə idarə etdiyi nəqliyyat vasitəsini ittiham edib:
“Mənim heç bir günahım yoxdur, hər şeyə səbəb skuterdir. O, polisləri görən kimi qorxdu və qəfildən özbaşına irəli atılaraq sürətləndi”.
Polis əməkdaşları sürücünün bu yumoristik və fantastik bəhanəsini maraqla qarşılasalar da, qanunun tələblərini unutmayıblar. Faktla bağlı sürücüyə qarşı müvafiq qaydada protokol tərtib olunub. Skuter isə cərimə meydançasına yerləşdirilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












