Zəncirvari yol qəzasında 2 maşın yandı, 3 nəfər xəsarət aldı - VİDEO

Üç nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Şimali Mərmərə şossesinin Çekmeköy ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 34-DNE-248 dövlət nömrə nişanlı “Fiat” markalı minik avtomobili qəflətən sürəti azaldıb. Bu zaman eyni istiqamətdə hərəkət edən yüngül ticarət və onun arxası ilə gələn digər “Mercedes” markalı minik maşınlarının iştirakı ilə zəncirvari qəza olub. Zərbənin təsirindən yüngül ticarət maşını ilə “Mercedes” alovlanaraq yanıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Ətrafdakı digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları gəlib. Yanğın xilasetmə qruplarının müdaxiləsi ilə söndürülüb. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Namiq Musayev
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO
Svetofor işləyir amma qırmızı işığı yanmır - Hər an qəza ola bilər - VİDEO












