24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA

Bir çox ustalar və xidmət sahəsində çalışan şəxslər də əksər insanlar kimi saat 09:00-dan 18:00-dək işləyir, həftəsonları isə istirahət edirlər. Lakin bu iş qrafiki gün ərzində işləyən insanların müəyyən xidmətlərdən yararlanmasını çətinləşdirə, eyni zamanda şəhərdə hərəkətliliyin artmasına təsir göstərə bilər.
Ustaların və digər xidmət sahələrində çalışan şəxslərin iş qrafikinin daha fərqli formada təşkil edilməsi insanların işlərini daha rahat görməsinə və şəhərdə tıxacların azalmasına kömək edə bilərmi?
Avtosfer.az xəbər verir ki, mühərrik ustası Azər Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, xidmət sahəsində çalışan peşəkarlar da digər vətəndaşlar kimi iş vaxtında işləmək, axşam saatlarında və istirahət günlərində dincəlmək istəyirlər.
Onun sözlərinə görə, buna görə də iş qrafikinin dəyişdirilməsi və xidmətlərin hər kəs üçün əlçatan olması o qədər də asan məsələ deyil:
![]()
"Çünki bu sahədə həm müştərilərin tələbatını, həm də çalışan insanların iş və istirahət vaxtını nəzərə almaq lazımdır. Lakin alternativ həll yolları da mövcuddur. Məsələn, əlavə olaraq servis məntəqələrinin yaradılması və ya 24/7 fəaliyyət göstərən şirkətlərin açılması bu problemi müəyyən qədər həll edə bilər. Belə olduqda, insanlar iş saatlarından sonra və ya istirahət günlərində də ehtiyac duyduqları xidmətlərdən yararlana bilərlər. Dünya praktikasında bu cür xidmət modellərinə rast gəlinir".
Azər Zülfüqarov əlavə edib ki, Azərbaycanda bu xidmətlərə tələbatın hazırda yüksək olmaması onların geniş yayılmasına mane olur:
"Sahibkarlar yeni xidmət sahəsinə sərmayə yatırarkən ilk növbədə bazardakı tələbatı və gəlirlilik imkanlarını nəzərə alırlar. Lakin gələcəkdə bu cür xidmətlərə ehtiyac artarsa, ümid edirəm ki, Azərbaycanda da bu istiqamətdə fəaliyyət göstərən şirkətlər və servis məntəqələri yaranacaq. Bu, həm vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə, həm də xidmət sahəsində çalışan peşəkarların şəxsi vaxtlarını və istirahətlərini qorumasına kömək edə bilər".
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR












