"Acura" 360 min "MDX" markalı avtomobilini geri çağırır

"Honda" şirkətinin lüks brendi olan "Acura" dünyanın hər yerindən özünün 360 min avtomobilinin geri çağırılması barədə elan verib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, şirkət avtomobillərin geri çağırılmasının fənərlərdəki qüsurla bağlı olduğunu təsdiqləyir. Bu qüsur nəticəsində su keyfiyyətsiz bərkimə vasitəsilə arxa fənərlərə keçərək elektriklə bağlı problem yarada bilər. Geri çağırılma əsasən 2014-2019-cu illərdə ABŞ-da istehsal edilmiş "MDX" markalarına aiddir.
Şirkətin nümayəndələri, həmçinin bəyan ediblər ki, "Acura" göstərilən qüsurla bağlı qəza və zədələr haqqında heç bir məlumat almayıb. Qeyd olunur ki, avtomobillərin geri çağırılması zamanı "Acura"nın rəsmi dilerləri qüsuru aradan götürəcək, zərurət yaranacağı təqdirdə yenisi quraşdırılacaq. Bu avtomobillərin qeydiyyatdan keçmiş sahibləri gələn ayın əvvəlində avtomobillərin geri çağırılması barədə rəsmi fərdi bildiriş alacaqlar.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










