Almaniya kansleri elektromobilə kəskin keçidə qarşı

Almaniya Kansleri Fridrix Mertsin yerli televiziyalara son müsahibəsi birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, hökumət başçısı 2035-ci ildə elektromobilə kəskin keçidlə bağlı qərarı doğru hesab etməyib. Siyasətçi daxiliyanma mühərrikli avtomobillərin 2035-ci ildə qadağan edilməsini “çox pis siqnal” kimi xarakterizə edib.
Merts bildirib ki, hazırda avtomobil sənayesi böhran keçirir.
Müəssisələr bir-birinin ardınca mənfəətin azalması barədə məlumat yayır. Hökumət isə çətin sınaq qarşısındadır. Əsas siyasi qüvvələrdən olan Sosial Demokratlar Partiyası (SPD) Avropa Komissiyasının qərarını təqdir edir.
Hazırda Avropada istehsal edilən avtomobillərin 30 faizi Almaniyanın payına düşür. Lakin, həm avtomobil, həm də detal istehsalçıları çətin dövr yaşayır. Artıq minlərlə adam bu sektorda işini itirib. Şirkətlər isə rentabelli olmadığı üçün elektromobil layihələrini ya dayandırıb, ya da çox aşağı templə davam etdirir.
Vəziyyəti nəzərə alaraq almaniyalı siyasətçilər Brüsselin qərarına yenidən baxılması təklifini irəli sürüblər.
Vüqar
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












