Almaniya şirkətləri elektromobil istehsalına 60 milyard avro sərmayə qoyacaq

Almaniyanın avtomobil şirkətləri elektrik mühərrikli avtomobil istehsalına böyük həcmdə sərmayə qoyacaq. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, bunu Alman Avtomobil Sənayesi Birliyinin sədri Bernhard Mattes bəyan edib. B.Mattes qarşıdakı 3 il ərzində elektromobil sahəsinin inkişafına 40 milyard avro sərmayə qoyulacağını açıqlayıb. Əlavə olaraq 18 milyard avro bu sahədə rəqəmsallaşma və avtonom idarəetmə ilə əlaqədar xərclənəcək. Bu müddət ərzində Almaniyanın avtomobil şirkətləri istehsal edilən elektromobillərin sayını 3 dəfə artıraraq 100 modelə çatdırmağı qarşıya məqsəd qoyublar. B. Mattes qeyd edib ki, elektromobillər Avropada sürətlə yayılmağa başlayıb, başqa yolla Avropa İttifaqında atmosferə buraxılan karbondioksit qazının həcmini azaltmaq mümkün deyil. Alman Avtomobil Sənayesi Birliyinin sədri elektromobillərin bağlı infrastrukturun da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












