Avropa elektromobil məsələsində geri addım atacaqmı?

Yayda Avropa Parlamentinə keçirilmiş seçkilərdən sonra elektromobilə keçidin ləngiyəcəyi barədə söhbətlər səngimir.
Avtosfer.az xəbər verir ki, hətta Avropanın bir çox media qurumu parlamentə yeni gələn siyasi qüvvələrin avtomobil sənayesinin marağına cavab verdiyi barədə xəbərlıər tirajlayır. İndi bu xəbərlərin heç də yalan olmadığı üzə çıxır.
Avropa Parlamentində ən böyük siyasi qüvvə olan Avropa Xalq Partiyası bu gün yeni təklif verib. Partiya təklif edib ki, 2035-ci il qadağasına yenidən baxılsın, dizel mühərrikli avtomobillərə tətbiq edilən məhdudiyyətlər azaldılsın.
Partiya fikrini belə əsaslandırıb ki, köhnə qitədə təzə avtomobil alışı azalıb. Digər tərəfdən, Çin Avropa bazarını ucuz və yaxşı komplektasiyalı maşınlarla doldurub. Yeni məhdudiyyətlər avropalılar üçün avtomobilin əlçatanlığını aşağı salır.
Çin elektromobillərinə böyük məbləğdə vergi tətbiqi də Avropa Xalq Partiyasının təşəbbüsüdür. Partiya yaxın vaxtlarda avtomobil bazarı ilə bağlı rəsmi şəkildə müzakirələrin başlaması üçün təkliflər hazırlayır.
Nəzərə alsaq ki, söhbət Avropanın ən böyük siyasi qüvvəsindən gedir, o zaman hazırlanan sənədin Avropa Parlamentindən keçəcəyi real görünür. Nəticəni görmək üçün ilin sonunadək gözləmək lazım gələcək.
Vüqar
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












