“Avtolüks Azərbaycan” Bakıda yeni “Jaguar Land Rover” mərkəzi açır - FOTO-VİDEO
“Jaguar Land Rover” avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolüks Azərbaycan” MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan yeni mərkəzin açılışı ilə ölkədə olan fəaliyyətini genişləndirməyə davam edir.
“Jaguar Land Rover” Yaxın Şərq və Şimali Afrika (MENA) pərakəndə satış (riteyl) şəbəkəsinin tərkib hissəsi olan “Avtolüks Azərbaycan” MMC hər iki brendin Azərbaycanda mövqeyinin möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayır və bazarda iştirakını daha da genişləndirməyə hazırlaşır. Bakıda, Aşıq Molla Cümə küçəsində yerləşən yeni mərkəz ölkənin ən iri şəhərinin mərkəzində “Jaguar” və “Land Rover” müştərilərinə yüksək səviyyəli xidmət göstərəcək.
4960 kvadratmetr sahəsi olan müasir mərkəz "Jaguar Land Rover" brendinin bütün dünyada "Jaguar Land Rover" pərakəndə satış (riteyl) sahələrinə uyğun olan yeni korporativ üslubunu əks etdirən qlobal ARCH standartı əsasında inşa edilib. Bu standart müştərilərə ən yüksək səviyyəli müştəri təcrübələrinin yaşadılması üçün canlı və qonaqpərvər ab-havanı gözoxşayan memarlıq və heyrətamiz dizayn konsepsiya ilə bir araya gətirir.
"Jaguar Land Rover" MENA-nın regional diler şəbəkəsinin inkişafı üzrə direktoru Justin Weaving yeni avtosalonun açılması haqqında fikirlərini bildirdi:
"Yerli pərakəndə satış (riteyl) tərəfdaşımızın göstərdiyi böyük səylərin sayəsində "Jaguar Land Rover" brendi Azərbaycan bazarında yerini möhkəmləndirir. “Avtolüks Azərbaycan” MMC-nin ölkədə bu cür möhtəşəm "Jaguar Land Rover ARCH" mərkəzini açması ilə qürur duyuruq. Bu mərkəz brendimizin illər boyunca hər zaman xidmət standartlarının mükəmməlliyinə doğru can atmasından xəbər verir."
“Avtolüks Azərbaycan” şirkətinin baş direktoru Mark Pocock bildirdi ki, “Biz Azərbaycanın avtomobil sənayesinin nüfuzlu və etibarlı nümayəndəsiyik, çünki biz hər zaman tələbkar müştərilərimizə ən yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə çalışmışıq."
Yeni açılmış mərkəzimiz "Jaguar Land Rover" xidmət keyfiyyəti standartlarını yeni zirvələrə qaldırır və bu brendi seçmiş sürücülərə lüks avtomobilə layiq olan təcrübə yaşadır. Mərkəzimizdə "Jaguar" və "Land Rover" avtomobillərini dərindən bilən və anlayan ekspert komandası satış və satışsonrası xidmətlərin tam çeşidini əhatə edən kompleks xidmətlər təqdim edir." – deyə Pokok əlavə etdi.
Yeni "Jaguar Land Rover" avtosalonu "Land Rover" brendinin Range Rover, Range Rover Sport, Range Rover Velar, Range Rover Evoque, Land Rover Discovery və Land Rover Discovery Sport və "Jaguar" brendinin XJ, XF, XE, F-PACE, E-PACE və F-TYPE avtomobilləri daxil olmaqla hər iki brendin ən yeni avtomobillərinin geniş çeşidini müştərilərinə təqdim edir.
Yeni mərkəzdə hər iki brendin yaxşı vəziyyətdə olan ikinci əl avtomobillərinin ayrıca satış salonu, orijinal məhsullar və aksesuarların satışı üçün xüsusi sahə də fəaliyyət göstərəcək.
“Avtolüks Azərbaycan” şirkətinin Bakıdakı yeni "Jaguar Land Rover" mərkəzi 1 mart 2019-cu il tarixində açılacaq. Mərkəzdə avtomobillərin satışı bazar ertəsi - bazar günləri, saat 10:00-dan 19:00-ə kimi, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi - bazar günləri, saat 09:00-dan 18:00-a kimi, həyata keçiriləcək.
Hər hansı əlavə məlumat almaq üçün (+994 12) 983 nömrəsinə zəng edə və ya www.landrover-azerbaijan.com və www.jaguar-azerbaijan.com internet saytlarına nəzər sala bilərsiniz.
Avtolüks Azərbaycan MMC haqqında:
Avtolüks Azərbaycan MMC dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına təqdim etmək üçün 2012-ci ildə təsis edilmişdi. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlamış, eləcə də hələ super idman avtomobilini əldə etmək imkanından uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsi üçün avtomobillərlə birlikdə Ferrari Mağazasını da şəhərimizə gətirmişdir. Şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili Lamborghini avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olmasıdır. Brend portfelinə Aston Martin brendini də daxil edən Avtolüks Azərbaycan 2017-ci ildə “FCA Group”a aid olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep avtomobillərinin də rəsmi təmsilçisinə çevrilmişdir. Müştərilərin rahatlığı üçün şirkətin bütün avtosalonları və texniki xidmət mərkəzləri şəhərin tam mərkəzində yerləşir. 160-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyəti ən yüksək brend standartlarına müvafiq olaraq təlim keçir və ən son yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq istehsalçının təlim proqramlarına və istehsal obyektlərinə ezam olunur. Avtolüks Azərbaycan brend siyahısını daim genişləndirməkdə və xidmət keyfiyyətini bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.
Ətraflı məlumat üçün www.autolux-azerbaijan.com saytına daxil ola bilərsiniz.
"Jaguar Land Rover" MENA haqqında
• "Jaguar Land Rover" Birləşmiş Krallığın iki nüfuzlu avtomobil brendini birləşdirən ən böyük avtomobil istehsalçısıdır: Lüks tam ötürücülü avtomobillərin aparıcı istehsalçısı Land Rover və dünyanın lüks sinifli idman interyeri və idman avtomobili markası olan Jaguar.
• Biz "Jaguar Land Rover" qrupu olaraq müştərilərimizə hər zaman axtarışında olduğu təəssüratları yaşatmağa, sinfinin ən yaxşı avtomobillərini istehsal etməyə çalışırıq. Məhsullarımız dünyanın hər yerində böyük tələbatla qarşılanır. 2018-ci il də "Jaguar Land Rover" 128 ölkədə 592 708 avtomobil satmışdır.
• Biz pərakəndə satış (riteyl) şəbəkəmiz, təchizatçılarımız və yerli bizneslərin vasitəsilə 260 000-dən çox insanı dəstəkləyirik. Biz iki böyük dizayn və mühəndislik sahəsinə, üç avtomobil istehsalı obyektinə və Birləşmiş Krallıqda yerləşən mühərrik istehsalı mərkəzinə sahibik. Bizim Çin, Braziliya, Hindistan, Avstriya və Slovakiyada da zavodlarımız var.
• Biz davamlı olaraq yeniliklər təqdim edirik: biz bu regionda yeni məhsulların yaradılması və kapital qoyuluşlarına təqribən 4 milyard dollar vəsait sərf edəcəyik.
• 2020-ci ildən başlayaraq bütün yeni "Jaguar Land Rover" avtomobilləri müştərilərimizə indikindən daha çox seçim verərək elektromobillik imkanına sahib olacaq. Biz model sıramızda tam elektrik, hibrid və yüngül hibrid avtomobillərini ehtiva edən elektrikləşdirilmiş məhsullar təqdim edəcək, eyni zamanda ən yeni dizel və benzin mühərriklərini istehsal etməyə davam edəcəyik.
• Dubayda yerləşən "Jaguar Land Rover" MENA 20 bazara və onların Yaxın Şərq və Şimali Afrika regionundakı müvafiq pərakəndə satış (riteyl) nümayəndələrinə regional dəstəyin göstərilməsi üçün məsuliyyət daşıyır.
• Dubayda Avtomobillərin Texniki Sınaq Mərkəzi və bu regionda ilk belə müəssisə olan "Jaguar Land Rover" Təlim Akademiyası fəaliyyət göstərir.
• Cebel Əli azad iqtisadi zonasında bu regiona xidmət göstərmək üçün "Jaguar Land Rover" ehtiyat hissələrinin distribusiya mərkəzi açılıb.
• Mərkəzin hazırda 100 əməkdaşı var və o, 20 bazarda 39 diler mərkəzini dəstəkləyir.
• Regional diler şəbəkəsinin daha da möhkəmləndirilməsinə istiqamətlənmiş strateji tədbirlərin sayəsində "Jaguar Land Rover" MENA şəbəkəsinin 2020-2021-ci illərdə 20 bazarda 58 diler mərkəzini əhatə etməsi proqnozlaşdırılır.
Ətraflı məlumat üçün jaguar-me.com / landrover-me.com internet saytlarına nəzər sala, yaxud media.jaguarlandrover.com sisteminə daxil ola bilərsiniz.
Ünvan: Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi
Tel: +994 12 983
www.landrover-azerbaijan.com
www.jaguar-azerbaijan.com