“Avtomat ötürücü qutusuna malik avtomobillərin qiyməti 17 min manatdan başlayacaq”

"Fevral ayından etibarən Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” Avtomobil Zavodunda “Peugeot” markalı avtomobillərin istehsalına başlanacaq".
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq: “Yeni avtomobillər “Peugeot Xəzər” adlanacaq. Mühərrikin həcmi həm 1600 kubsantimetr, həm də 1700 kubsantimetr olan avtomobillər olacaq. Avtomobillərin qiymətləri siniflərdən asılı olaraq 17 -21 min manat arası dəyişəcək”.
“Azərmaş” rəsmisi qeyd edib ki, növbəti illərdə elektrikli avtomobillərin də istehsalına başlanması planlaşdırılır: “Elektriklə çalışan avtomobillərin istehsalı planlaşdırılır, sadəcə, bu ilin məsələsi deyil. Onun texnologiyası tamamilə fərqlidir. Onun üzərində bir az işləmək lazımdır. Müəyyən avadanlıqlar alınmalıdır. Amma planımızda var”.
E.Axundov əlavə edib ki, aşağı büdcəli avtomobillərin istehsalına başlanılıb: “Artıq bu avtomobillərin istehsalına başlanıb və nəhayət, satışa çıxarılıb. “Xəzər LX” adlanan bu avtomobillərin qiyməti 13-14 min manat arasında dəyişir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












