Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...

Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar.
Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə, sonradan həmin etibarnaməni istədiyi vaxt ləğv edə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyev qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər.
Onun sözlərinə görə, həmçinin etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər: “Bu norma onu göstərir ki, etibarnamə verən şəxs onu istənilən vaxt, heç bir səbəb göstərmədən ləğv etmək hüququna malikdir. Etibarnamənin 3 il, 5 il və ya daha uzun müddətə verilməsi bu hüququ məhdudlaşdırmır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnaməni ləğv etmək üçün avtomobil sahibi şəxsiyyət vəsiqəsi ilə istənilən notariat ofisinə və ya ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən notariat xidmətinə müraciət edə bilər. Etibarnamənin ləğvi notariat qaydasında rəsmiləşdirildikdən sonra o, hüquqi qüvvəsini itirmiş hesab olunur”.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












