Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi

Son günlər qış sərt üzünü göstərməyə başlayıb. Yolların buz bağlaması vətəndaşların avtomobil idarə etməsində bir sıra çətinliklər yaradıb.
Bəs soyuq və qarlı qış günlərində avtomobildə nasazlıq yaranmaması, qəzaya yol açmaması üçün hansı sistemlərə əvvəlcədən diqqət yetirilməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən avtomobil mütəxəssisi Ələkbər Abdullayevin sözlərinə görə, ilk olaraq şinlər dəyişdirilib qış fəslinə uyğun qoyulmalıdır:
“Soyuq havalarda təkərlərin təzyiqi aşağı düşdüyündən, təzyiq yenidən ölçülməlidir. Əyləc mayesinin səviyyəsi və donma riski mütləq nəzərdən keçirilməlidir. Daha sonra soyutma sistemi yoxlanılmalı, adi su istifadə edilməməlidir. Donmanın qarşısını almaq üçün xüsusi antifrizlərdən istifadə olunmalıdır. Şüşə yuma mayesi mütləq donmayan olmalıdır. Avtomobilin işıqları yoxlanılmalı və düzgün tənzimlənməlidir ki, dumanlı və qarlı yollarda görmə məsafəsini məhdudlaşdırmasın. Şüşə silənlərin də mütləq düzgün işləməsi təmin edilməlidir. Əsas detallar bunlardır. Əsas məsələ qış təkərlərinin mövcudluğudur ki, qəza halları baş verməsin. Bundan əlavə, akkumulyator soyuq havalarda gücünü itirdiyindən onun gərginliyi və start qabiliyyəti yoxlanılmalı, zəif olduğu halda dəyişdirilməsi tövsiyə olunur”.
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












