Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB

Yəqin ki, avtomobilin salonuna işlənmiş qazların dolması ilə rastlaşmısınız. Bu zaman sərnişinin ürəyi bulanır, gözləri yaşarır, qusma hissi yaranır? Bəs mühərrikdən çıxan qazlar salona necə dolur?
Avtosfer.az xəbər verir ki, saz avtomobildə qazlar salona dolmamalıdır. əgər belə hal baş verirsə, bu, müəyyən nasazlıqların əlamətidir.
Əsas nasazlıq yük yeri və qapıların rezin hissələrinin köhnəlməsi və sərtləşməsidir. Yük yerinin rezinləri sərtləşdikdə hermetiklik pozulur və səsboğandan çıxan qazlar salona dolur. Rezinləri dyişməklə nasazlıq aradan qalxır.
İkinci problem səsboğanın detallarının birləşmə yerlərindəki araqatların köhnəlməsi və ya səsboğanın özünün deşilməsidir. Bu zaman araqatları yeniləmək, deşikləri qaynaq etmək, yadud səsboğanın müəyyən hissəsinin dəyişdirilməsi yolu ilə məsələ həll olunur.
Katalizatoru çıarılmış avtomobillərdə səsboğanın hermetikliyi itdiyi halda da salona böyük həcmdə qaz dolur.
Nəhayət, avtomobil ciddi qəza keçiribsə, o zaman kuzovun simmetriyası pozulur, qapı aralığı və digər yerlərdən qazlar salona sızır. Bunu isə təmirlə aradan qaldırmaq əksər hallarda mümkün olmur.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












