Avtomobilinizdəki TƏHLÜKƏ - İstilik onları bombaya çevirir

Yay istisinin başlaması ilə sürücülərə avtomobildə saxlanılması təhlükəli olan əşyalarla bağlı xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, bəzi məişət əşyaları yüksək temperaturun təsiri altında ciddi təhlükə yarada bilər. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, burada ən böyük risk aerozol qablaşdırmalarından qaynaqlanır. Sürtkü yağları, boyalar və digər təzyiqli balonlar günəş şüalarının təsiri ilə qızan avtomobil salonunda alışan qazlar ifraz etməyə başlaya bilər. Ekspertlərin sözlərinə görə, birbaşa günəş altında qalan avtomobillərin salonunda temperatur 60-70 dərəcədən də yuxarı qalxa bilir. Belə şəraitdə aerozol qabları alışma və hətta partlayış riski yaradır. Təhlükə yarada biləcək digər əşyalar isə elektron cihazlardır. Pauerbanklar, akkumulyator üçün portativ işəsalma qurğuları və hətta batareya ilə işləyən adi fənərlər həddindən artıq qızdıqda yanğın mənbəyinə çevrilə bilər. Mütəxəssislər qeyd edirlər ki, bu cür cihazlar kritik temperatura çatdıqda daxilində zəncirvari kimyəvi reaksiya başlaya bilər və onu dayandırmaq demək olar ki, mümkün olmur. Bununla yanaşı, avtomobildə unudulan bütün əşyalar həyati təhlükə yaratmasa da, sürücülər üçün əlavə problemlər yarada bilər. Məsələn, istidə avtomobildə qalan şokolad və saqqız tez əriyərək oturacaqların üzlüyünə və salonun digər hissələrinə yapışa bilər. Belə ləkələrin təmizlənməsi isə vaxt və əlavə xərc tələb edir. Avtomobil üzrə mütəxəssislər sürücülərə salonu mütəmadi olaraq yoxlamağı və gündəlik istifadə olunmayan əşyaları avtomobildə saxlamamağı tövsiyə edirlər. Elektron cihazların isə yay aylarında xüsusi soyuducu çantalarda daşınması və ya avtomobildən çıxarılaraq sürücü ilə birlikdə aparılması məsləhət görülür. Bu, cihazların həddindən artıq qızmasının və mümkün yanğın riskinin qarşısını almağa kömək edə bilər.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












